İstixana sistemlərimiz hər bir sahibkarın tələbinə cavab vermək məqsədi ilə, fərqli üslub və ölçülərdə Şüşə, Polietilen və Polikarbon kimi müxtəlıf materiallardan tərtib olunur. Obyektlərin tikintisi zamanı istifadə olunan polad istixananını uzun illər korroziyaya qarşı qorumaq məqsədi ilə, sink vəya sink üzərindən boya ilə örtülür. İnşaat zamanı qaynaqdan istifadə edilmir.

Elektrik sisteminin qurulması

İstixanalarda elektrik sistemi hər qovşaqda gərginlik düşməsi və enerji fazalarının yerləri dəyişdiyində özünü qorumaya alacaq şəkildə fəaliyyət göstərir. İstifadəsi rahat olması üçün istixana nəznində 220 və 380 volt gücündə elektrik yuvaları quraşdırılır.

 

İstixanalar üçün İstilik sistemi

İstixanalarda istilik sistemi tam avtomatlaşdırılmışdır və sektorlara bölünməktədir (sektorlar 5000 – 6000 m2 ölçülərində olması şərti ilə). Hər sektorun ayrı istilik kollektor var. İstilik sistemi yer bitki ve nov altı isitimədən ibarətdir. Qazanların odluglari qaz, dizel və yağ ilə işləyə bilir. Bitkilərin əlavə olaraq, CO2 ilə qidalanması müştəri tərəfindən istənildiyi halda, CO2 sistemi qurulur. Bu sistem qurulduğunda, istixana sisteminin layihəsinə əsasən müxtəlif ölçülərdə isti su rezervuarının (termos) gurulması gərəklidir. Bu sistem vasitəsə ilə məhsuldarlıq 10-15% artır.

Avtomatlaşdırılmış sulama sistemi

Sulama sistemi tam avtomatlaşdırılmışdır. Bu sistemə damcı suvarma, drenaj sistemi, avtomatik sulama maşını, meteoroloji nəzarət sistemi, zəruri gübrə hazırlanması üçün vahid bir sistem daxildir. Müştəri tələbinə əsasən (20-25%) gübrələrə qənaət etmək üçün, sulama sisteminə drenaj su təmizləmə və yeniden gübrələmə sistemi əlavə olaraq qurulmaqdadır. Gübrə təmizlənməsi və təkrar istifadəsi ozon və ultrabənövşəyi şualanma vasitəsi ilə həyata keçirilir.\

Örtü materialları

İstixanalarda müxtəlif növ örtüklər istifadə edilir: şüşə, polietilen, polikarbon, torpaq örtüyü və həşərat şəbəkələri kimi. Dam və divarlarda istilik keçiriciliyi üçün UV qorunması ilə polikarbon polietilen, şüşə örtüklər istifadə olunur. Xüsusi klipslər ilə bərkidilmiş polietilen materiallar 110 km/s küləyin sürətinə tab gətirə bilir. Həşərat şəbəkələri istixanaya həşərat girməsinin qarşısını almaq üçün istifadə edilir. 3 illik zəmanət ilə sıx hörgülü şəbəkələr istifadə olunur. Torpaq örtüyü müəssisənin ərazisinə alaq otları girməsinə mane yaradır, istixanaya palçıq daxil olmasını qarşısını alır.

Ultra iqlim sistemi

Bu texnologiyanın məqsədi isti iqlimlərdə yay aylarında istixana içərisində hava dərəçəsini 22-24 dərəcəyə düşürərək yüksək verimlilik almaq bubla yanaşı soyuq iqlimlərdə bitki yetişdirməyə imkan yaratmaq. Bu sistemdə pəncərə sistemi istifadə edilmir, bütöv istixana qapalı olmaq şərti ilə havanı xaricdən almır. Soyutma padları xaricdən alınan havanı nov altında quraşdırılmış brandalar vasitəsi ilə içəriyə ötürür. Ultra iqlim vasitəsi ilə İstixanın içərisinə verilən havanın bir hissəsi iqlimə nəzarət sisteminin dəyərlərinə əsasən istixanın yuxarısında yerləşən fanlar ilə xaricə atılır digər hissəsi isə bağlı otağa alınaraq dövriyyə sisteminə inteqrasiya edilir.
Bitki tərəfindən istənilən optimal havanın temperaturu gecə 24 dərəcə 18 gündür. Bu sistemin köməyi ilə tam nəzarət istixana daxilində hava saxlamaq mümkündür.